Konstitusiya və Suverenlik İlinə həsr edilmiş tədbir
Elmi Kitabxanada Konstitusiya və Suverenlik İlinə həsr edilmiş dəyirmi masa və kitab sərgisi keçiriləcək.
26 noyabr saat 11:00-da Elmi Kitabxana və Siyasi və İctimai Elmlər Məktəbinin birgə təşəbbüsü ilə Konstitusiya və Suverenlik İlinə həsr olunmuş dəyirmi masa və kitab sərgisi təşkil ediləcək.
Tədbirin məqsədi ölkəmizdə Konstitusiya quruculuğunun inkişafı, suverenliyin möhkəmlənməsi və bu istiqamətdə aparılan dövlət siyasətinin elmi baxımdan təhlilinə dəstək verməklə yanaşı, tələbə və tədqiqatçıların mövzu üzrə biliklərinin artırılmasına və elmi müzakirələrin genişləndirilməsinə xidmət etməkdir.