Azərbaycan Respublikasının Konstitusiyasının 30 illiyinə həsr edilmiş kitab sərgisi
12 Noyabr – Azərbaycan Respublikası Konstitusiya Gününün 30-cu ildönümü münasibətilə Qərbi Kaspi Universitetinin Elmi Kitabxanasında tematik sərgi təşkil olunmuşdur. Sərgidə Konstitusiyanın qəbul tarixi, hüquqi dövlət quruculuğu və insan hüquqlarının təminatı ilə bağlı nəşrlər nümayiş etdirilmiş, iştirakçılara sənədin dövlət və cəmiyyət həyatındakı rolu barədə məlumat verilmişdir.
Tədbirin məqsədi tələbə və müəllim heyətində hüquqi maarifləndirməni gücləndirmək və Konstitusiyanın əhəmiyyətini daha geniş auditoriyaya çatdırmaqdır.