Məlumat bazaları, online kitablar və jurnallar
EBSCO - BUSINESS SOURCE ULTIMATE & ACADEMIC SEARCH COMPLETE
PERLEGO - ONLINE DƏRSLIK VƏ KITAB PLATFORMASIDIR. PLATFORMAYA ABUNƏ QƏRBI KASPI UNIVERSITETI TƏRƏFINDƏN TƏQDIM OLUNUR VƏ PROFESSOR-MÜƏLLIM HEYƏTINƏ, ELƏCƏ DƏ TƏLƏBƏLƏRƏ KITABLARDAN MƏHDUDIYYƏTSIZ ISTIFADƏ IMKANI VERIR. QEYDIYYAT LINKI ÜÇÜN KITABXANAYA VƏ YA LIBRARY@WCU.EDU.AZ EMAILINƏ MÜRACIƏT EDIN.
Science Direct əsasən elmi jurnal məqalələri bazasıdır. İstifadə üçün @wcu.edu.az korporativ e-mail vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
SCOPUS bibliometrik bazasından istifadə etmək üçün @wcu.edu.az korporativ e-mail vasitəsilə qeydiyyatdan keçmək lazımdır.
Web of Science
Elgar Online İnkişaf Tədqiqatları və Ətraf Mühit e-kitab kolleksiyasına 756 adda kitab daxildir. İnkişaf üzrə kolleksiya maliyyə, iqtisadiyyat, innovasiya tədqiqatları, infrastrukturun inkişafı, səhiyyə, korporativ idarəetmə, dövlət və sosial siyasət, miqrasiya, tədqiqat metodları, əqli mülkiyyət, hüquqi islahatlar və s. daxil olmaqla inkişaf üzrə tədqiqatların bir çox sahələrini əhatə edən fənlərarası kitablar bazasıdır.
CORE - açıq, tam-mətnli tədqiqat materiallarını toplayan ən böyük məlumat bazasıdır.
DOAB elmi, resenziyalı kitablara açıq giriş imkanı təmin edən və tədqiqatçılara etibarlı kitab nəşriyyatlarını tapmağa kömək edən məlumat bazasıdır.
DOAJ - resenziyalı, tam-mətnli, açıq elmi jurnal və məqalə bazasıdır.
ECONBIZ iqtisadiyyat, biznes və əlaqəli sahələrə dair elmi nəşrlər, məqalələr və kitablardan ibarət məlumat bazası və portaldır. ECONBIZ konfranslar üçün tədbirlər təqviminə çıxış təqdim edir.
Master Journal List - Web of Science bibliometrik bazasında mövcud olan yüksək keyfiyyətli jurnalların cəmləşdirildiyi bazadır.
EBSCO Open Dissertations tam-mətnli tezis və dissertasiyalar portalıdır.
Forced Migration Review (FMR) dərgi formatında qısa və açıq məqalələr təqdim edir. Hər buraxılışın öz mövzusu var, lakin hər buraxılışda məcburi miqrasiya ilə bağlı bir sıra ümumi məqalələr mövcuddur. FMR ingilis, fransız, ispan və ərəb dillərində nəşr olunur.
PubMed Central® (PMC) tam-mətnli jurnal məqalələrini əks etdirən məlumat bazasıdır. Materiallar əsasən tibb və əlaqədar elm sahələrinə aiddir.
Springer Open
WIPO dərgisi Ümumdünya Əqli Mülkiyyət Təşkilatının əqli mülkiyyət xidmətləri, siyasəti, informasiya və əməkdaşlıq üçün qlobal forum tərəfindən nəşr edilir.
Paperity - multidisiplinar, tam-mətnli jurnal və məqalələr bazasıdır. O, tədqiqatçılara vahid nöqtədən yüzlərlə elm sahəsi üzrə minlərlə jurnala asan və məhdudiyyətsiz giriş imkanı verir.
JSTOR - OPEN ACCESS məqalələr bu link üzərindən axtarış edilə və yüklənə bilər.
Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin təsis etdiyi “Azərbaycan məktəbi” elmi-nəzəri jurnaldır. Jurnalda məqalələr Azərbaycan, ingilis, türk və rus dillərində dərc olunur, təhsil idarəciliyi, təhsil fəlsəfəsi və təhsil nəzəriyyəsi, təhsil siyasəti, kurikulum, təhsil texnologiyaları, pedaqogika, təhsilin sosiologiyası, təhsil tarixi, xüsusi təhsil, muəllim hazırlığı, qiymətləndirmə və s. tədqiqat sahələri üzrə orijinal məqalələr və icmallar yer alır.