Ən çox verilən suallar
Kitabxana həftənin hansı günləri və saatları fəaliyyət göstərir?
Bazar ertəsi - cümə günü - 09:00 - 18:00
Kitabxanaya necə üzv ola bilərəm?
Tələbələr kitabxanaya tələbə bileti təqdim etməklə müraciət edərək ad, soyad, qrup nömrəsi və e-mail məlumatlarını qeydiyyat vərəqəsini doldurmaqla kitabxanaya üzv ola bilərlər. İstifadəçi adı və şifrə əldə etdikdən sonra kitabxana materiallarından istifadə etmək mümkündür.
Kitabxanada hansı xidmətlər təklif olunur?
Kitabxanaya yaxınlaşaraq xidmətlərdən yararlanmaq mümkündür. İnformasiya mənbələri ilə bağlı sorğuların cavablandırılması, effektiv tədqiqat strategiyalarının hazırlanmasında köməklik, elektron kataloq, elektron kitabxana və veb-sayt üzrə təlimatlar, istinad formatları və biblioqrafiya ilə bağlı konsultasiya, müəyyən bir mənbəyə kitabxananın giriş imkanının olub-olmadığını müəyyən etmək və s.
Tədqiqat konsultasiyaları öncədən vaxt təyin olunmaqla mümkündür. Müraciətlər library@wcu.edu.az e-mail ünvanı vasitəsilə qəbul olunur.
Kitabı necə əldə edə bilərəm?
Sorğu etdiyiniz kitab tədris korpuslarında mövcud olan kitabxana fondlarından gətirilərək sizə təqdim olunur.
Kitablar yalnız kitabxana daxilində, oxu zallarında istifadəyə verilir.
Kitabxanada dərsliklər var?
Bəli, dərsliklər var, lakin bəziləri mövcud olmaya bilər. Lazımi kitabın adını yazaraq sayt üzərindən kataloqda axtarış edə bilərsiniz.
012 565 39 77 dax. 122 nömrəsinə zəng etməklə kitabxanaçılardan ətraflı məlumat ala bilərsiniz.
Kitabxanada jurnallar mövcuddur?
Bəli, oxu zalında əsasən cari jurnal buraxılışları sərgilənir. Onlayn jurnallardan kitabxana saytı üzərindən müvafiq məlumat bazasına daxil olub istifadə etmək olar.
Kitabxananın abunə olduğu onlayn məlumat bazaları hansılardır?
Kitabxana EBSCOhost elmi jurnal, popular dərgi və dövri nəşrlər bazasına, eləcə də Perlego e-kitab platformasına abunədir. Bundan əlavə, kitabxana bir çox məlumat bazalarına çıxış imkanı təqdim etməklə informasiya mənbələrindən effektiv istifadəni təmin edir.
Perlego e-kitab platformasına necə daxil ola bilərəm?
Kitabxananın oxu zalına yaxınlaşaraq Perlego-nun QR kodunu skan etməklə Universitetin qeydiyyat linkini əldə etməklə və ya e-mail ünvanımıza müraciət edərək login və şifrə əldə etdikdən sonra www.perlego.com saytı vasitəsilə, eləcə də mobil telefonlardan Perlego tətbiqi vasitəsilə 24/7 məsafədən asılı olmayaraq kitablardan istifadə etmək olar.
Kitabxanada hansı mövzular üzrə kitablar var?
İnformasiya texnologiyaları, fəlsəfə, psixologiya, din, sosiologiya, siyasət, iqtisadiyyat, hüquq, ətraf mühit, təhsil, ticarət və logistika, folklor, dilçilik, riyaziyyat, astronomiya, fizika, kimya, biologiya, tibb, kənd təsərrüfatı, incəsənət, ədəbiyyat, coğrafiya, tarix və digər mövzular əhatə olunmaqla müxtəlif dillərdə nəşrlər mövcuddur.
Kitabxanaya gəlmədən necə sorğu edə bilərəm?
Bütün suallarla bağlı kitabxananın library@wcu.edu.az ünvanına yazaraq bildirə bilərsiniz.
Kitabxanaya kitab hədiyyə edə bilərəm?
Bəli. Bununla bağlı library@wcu.edu.az e-mail ünvanına müraciət edə və ya İstiqlaliyyət korpusunda yerləşən kitabxanaya müraciət edə bilərsiniz.