İstinadlar və biblioqrafiya

İstinadlar və biblioqrafiyanın idarə edilməsi: proqramlara dair bələdçi

İstinadlar və biblioqrafiyanın idarə edilməsi elmi mövzunu araşdırmağa başlayan zaman ortaya çıxan ehtiyaclardan biridir. İstinad və biblioqrafiya proqramları bu işdə çox faydalıdır və vaxta qənaət etməyə imkan verir.

 

Bu bələdçi elmi işin istənilən mərhələsində sizə kömək edə bilər.  Biblioqrafik siyahı və istinadları əl ilə tərtib etmək olar, lakin bəzi proqramlar bunu avtomatik edərək sizə vaxt itirmədən elmi ədəbiyyatı şəxsi kabinetinizdə saxlamağa və idarə etməyə yardımçı olacaqdır.

 

 

Mendeley

 

Mendeley PDF formatda olan məqalələrinizi saxlamaq, idarə etmək, eləcə də qeydlər aparmaqda sizə kömək edən ödənişsiz istinad və biblioqrafiya proqramıdır. Bu, şəxsi kabinet yaratmaqla oxuduğunuz nəşrləri və elmi ədəbiyyatı tədqiqat qrupunuz və ya həmmüəlliflərinizlə paylaşa biləcəyiniz akademik sosial şəbəkədir. Mendeley proqramı Windows, MacLinux sistemlərini dəstəkləyir.

 

  1. Mendeley proqramını yükləyin və quraşdırın.
  2. Əgər sizin Mendeley hesabınız yoxdursa, qeydiyyatdan keçin.
  3. Yüklədiyiniz PDF-ləri Mendeley kitabxananıza yığın, hazır biblioqrafiya siyahınızı yaradın və istinadları əlavə edin.
  4. Mendeley düyməsini brauzerinizə (yalnız Chrome və ya Firefox) əlavə edin.
  5. "Tools" seçərək Word üçün Mendeley Cite əlavəsini quraşdırın.

 

Ətraflı məlumat və video təlimat üçün: https://www.mendeley.com/guides/mendeley-reference-manager/ 

 

 

 

Zotero

  1. Zotero hesabı yaradın. Daxil olmaq, digər cihazlarla sinxronizasiya etmək və yeni istinadlar əlavə etmək üçün veb interfeysindən istifadə edə bilərsiniz.
  2. Firefox əlavəsini və desktop versiyasını yükləyin.
  3. Sənədlərinizə birbaşa istinadları daxil edə bilmək üçün Word Processor plagini quraşdırın.
  4. Kompüterinizdən və ya məlumat bazalarından PDF və istinadlar əlavə edə bilərsiniz.
  5. Əgər siz artıq başqa bir proqramdan istifadə edirsinizsə, onları Zotero kitabxananıza köçürə bilərsiniz.

 

Ətraflı məlumat və təlimatlar üçün: https://www.zotero.org/support/

 

Zoterobib Zotero heyəti tərəfindən hazırlanmış onlayn versiya biblioqrafiya proqramıdır. ZoteroBib heç bir qeydiyyat olmadan və proqram quraşdırmadan istənilən kompüter və cihazdan dərhal biblioqrafiya yaratmağa sizə kömək edəcək.

Müxtəlif formatlarda siyahıları yaratmaq üçün linkə keçid edin.