“Süni İntellekt” mövzusunda yaz semestri üçün seminarlar yekunlaşmışdır.

Kitabxananın təşəbbüsü ilə bir neçə mərhələdən ibarət “Süni İntellekt” silsilə seminarlar seriyası yaz semestri üçün yekunlaşıb. “Süni İntellekt” mövzusunda seminarlar gənc tədqiqatçıların və tələbələrin Aİ alətlərindən düzgün və effektiv istifadəsi məqsədilə bir neçə mərhələdə həyata keçirilib. Seminarların əsas mövzuları: prompt mühəndisliyi: effektiv prompt yazma texnikaları, real nümunələr və tətbiq sahələri, akademik sahədə Aİ istifadəsi: tədqiqat, yazı prosesi və informasiya axtarışında Aİ alətlərindən düzgün istifadə, kibertəhlükəsizlik və plagiatla mübarizə: akademik şəffaflıq və universitetin siyasətlərinə uyğunluq, hackAPrompt praktikası: tələbələrin təhlükəsizlik biliklərini sınadığı interaktiv təlimlər olmuşdur.