Science Direct məlumat bazasından istifadə üzrə təlim

Elmi Kitabxanada hər həftənin çərşənbə axşamı saat 14:00-da Science Direct məlumat bazasına dair praktik məşğələ keçiriləcək. Bazadan istifadəyə dair təlimatlar, qeydiyyat, məsafədən 24/7 qoşulmaq imkanı, sadə və ətraflı axtarış texnikaları, spesifik elmi mövzular üzrə materiallar, alternativ tam mətnli məqalə və digər resursların sorğu və əldə edilməsi məşğələnin əsas mövzularını təşkil edəcək.