Perlego - Online Dərslik Platforması 24/7 kitablardan istifadə imkanı təqdim edir.

   

Qərbi Kaspi Universiteti Perlego - online dərslik platformasına illik abunə olmuşdur. Bu platforma vasitəsilə tələbə və müəllim heyəti 24/7 istənilən yerdən müxtəlif dərslik və dərs vəsaitindən istifadə edə biləcək. IOS və Android dəstəkləyən mobil cihazlardan Perlego tətbiqini yükləməklə internetə qoşulmadan, oflayn rejimdə kitabları oxumaq da mümkündür.

“Dərsliklər üçün Spotify” adlandırılan bu platformaya Wiley, Cengage, Palgrave Macmillan, De Gruyter, Columbia University Press, Harvard University Press və bir sıra qabaqcıl nəşriyyatların elmi nəşrləri, dərslik və dərs vəsaitləri daxildir və bu say artmaqda davam edir.

 

Aşağıdakı videoda platformadan istifadəyə dair ətraflı məlumat əldə etmək olar: 

 

https://www.youtube.com/watch?v=v2swIGfySmc